Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Tezadlar.az xəbər verir ki, məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
İcazə verin, Sizi doğum gününüz münasibətilə şəxsən öz adımdan və Türk Dövlətləri Təşkilatının Katibliyinin heyəti adından səmimi-qəlbdən təbrik edim.
Bu il oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Azərbaycanın tarixi və gözəl şəhəri olan Qəbələdə keçirilən 12-ci Zirvə görüşü çərçivəsində görüşümüzü məmnuniyyətlə xatırlayıram. İnanıram ki, Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə təşkilatımız daha da güclənəcək və inkişaf edəcəkdir.
Təşkilatımız çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinə verdiyiniz töhfələrə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Zati-alinizə cansağlığı və Azərbaycan Respublikasının inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.