Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp keçmiş ABŞ prezidenti Co Baydenin siyasətini kəskin tənqid edərək, onu Ukraynanı dəstəkləmək üçün həddindən artıq büdcə xərclədiyinə görə axmaq adlandırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər agentliyi məlumat yayıb.
Donald Trampın sözlərinə görə, əvvəlki administrasiya dövründə ABŞ əsassız israfçılıqla məşğul olub.
Floridadakı Mar-a-Laqo malikanəsində çıxış edən ABŞ prezidenti xarici münaqişələrin maliyyələşdirilməsinə əvvəlki yanaşmanın milli büdcəyə zərər verdiyini vurğulayıb.
“Baydenlə etdiyimiz kimi pul itirmirik. O, pulu axmaq kimi xərcləyib. O, axmaq idi”, – deyə Tramp bildirib.
E.ŞİRİNOV