Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

2020-ci ildə Federal Təhqiqat Bürosu ABŞ prezidenti Donald Tramp və maliyyəçi Ceffri Epşteynin iştirak etdiyi bir qadına qarşı mümkün təcavüz iddiası ilə bağlı təsdiqlənməmiş məlumat alıb.
Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, ABŞ Ədliyyə Nazirliyinin Epşteyn iş faylının bir hissəsi olaraq açıqladığı sənədlərdən irəli gəlir.
Sənədlərə görə, bir kişi FTB qaynar xəttinə zəng edərək Epşteynin iddia edilən qurbanlarından biri ilə köhnə söhbətini danışıb. O, qadının Epşteyn və Tramp tərəfindən təcavüzə məruz qaldığını iddia etdiyini bildirib.
Bəyanatda qeyri-adi ad daşıyan üçüncü bir qadının onu lüks bir otelə və ya binaya apardığı və orada cinayətin baş verdiyini iddia etdiyi bildirilib. Kişi potensial qurbana hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağı məsləhət gördüyünü və qadının sonradan bunu etdiyini bildirib. Daha sonra sənədə görə, qadının intihar etdiyini öyrənib.
Sənədlərdə təqdim olunan məlumatların təsdiqlənmədiyi və FTB tərəfindən üçüncü tərəfdən alınan məlumat kimi qeydə alındığı vurğulanır, – “Radiotochka NSN” xəbər verir.
E.ŞİRİNOV