Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Kiyevin Avropa Birliyinə üzvlük tarixi AB üzv dövlətlərinin iştirakı olmadan birbaşa ABŞ ilə müzakirə olunub.
Tezadlar.az bildirir ki, onun sözləri “İnterfaks-Ukrayna” agentliyinə istinadən verilib.
“Ukraynanın bu günkü AB-yə üzvlük tarixləri Amerika və Ukrayna arasında ikitərəfli müzakirədir, hələlik Avropa təsdiqi yoxdur. Biz deyirik ki, AB-yə qoşulmaq üçün konkret bir tarix istəyirik, bu, düzgün təhlükəsizlik zəmanətidir və ümumilikdə Amerikanın bunu dəstəklədiyini hiss edirik”, – deyə Zelenski bildirib.
O, AB üzvlüyünü vacib təhlükəsizlik zəmanəti hesab etdiyini vurğulayıb. Siyasətçi etiraf edib ki, bu, 2027 və ya 2028-ci il ola bilər, amma “bəzi spesifikliklər olmalıdır”, əks halda, təhlükəsizlik zəmanəti təhlükəsizlik zəmanəti kimi görünməzdi.
Əvvəllər AB-nin Genişlənmə üzrə Komissarı Marta Kos Ukrayna sülh planında Kiyevin AB-yə üzvlüyünü əhatə edən bəndi alqışlayıb. Eyni zamanda, Kos qeyd edib ki, qərar bütün Aİ ölkələrinin razılığını tələb edəcək və “müəyyən bir məqamda yekdillik tapılmalıdır”. Avropa Komissarı bildirib ki, hər şey respublikada islahatların tempindən asılıdır.
E.ŞİRİNOV