Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Dekabr 2025 / 19:30

Netanyahu: İsrail silah istehsalında müstəqil olacaq

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin silah istehsalında müstəqilliyi artırmaqla bağlı planlarını açıqlayıb.

Tezadlar.az “The Times of Israel”ə istinadən xəbər verir ki, o, bunu İsrail Hərbi Hava Qüvvələri pilotlarının buraxılış mərasimində deyib.

“Mən müdafiə və maliyyə nazirləri ilə birlikdə müstəqil sursat istehsalını yaratmaq üçün növbəti onillik üçün 108 milyard dollar məbləğində vəsaiti təsdiqlədim”, – o bildirib.

Baş nazir qeyd edib ki, yəhudi dövləti ABŞ, Böyük Britaniya və Almaniyanın İsrailə silah verilişinə məhdudiyyətlər tətbiq etməsindən sonra bütün tədarükçülərdən, o cümlədən müttəfiqlərdən asılılığı azaltmağa çalışır. Eyni zamanda, o vurğulayıb ki, Almaniya da daxil olmaqla bir çox ölkə İsrailin silah sistemlərini almağa maraq göstərir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!