Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı Nərminə Əsədova vəfat edib.
Tezadlar.az xəbər verir ki, Sabiq spikerin qızının 40 yaşı olub və o ağır xəstəliklə mübarizə aparırmış.
Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.
Nərminə Əsədova iş adamı Kamran Balayevlə evli olub. Uzun illər Britaniyada yaşayan Kamran Balayev 2021-ci ildə London şəhərinin meri olmaq üçün namizədliyini vermişdi.
Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.