25 Dekabr 2025 / 17:15

Milli Məclisin keçmiş sədrinin qızı dünyasını dəyişib

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı Nərminə Əsədova vəfat edib.

Tezadlar.az  xəbər verir ki, Sabiq spikerin qızının 40 yaşı olub və o ağır xəstəliklə mübarizə aparırmış.

Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.

Nərminə Əsədova iş adamı Kamran Balayevlə evli olub. Uzun illər Britaniyada yaşayan Kamran Balayev 2021-ci ildə London şəhərinin meri olmaq üçün namizədliyini vermişdi.

Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!