25 Dekabr 2025 / 22:58

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim heyəti genişləndi

Bakı Ağır Cinayətlər Məhkəməsinə 4 yeni hakim təyin edilib.

Tezadlar.az-ın məlumatına görə bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Murad Aslanov, Firdovsi Əliyev, Kamil Əliyev və Aygün Qurbanova təyinat alıblar.

K.Əliyev və A.Qurbanova bir müddət idi eyni məhkəməyə ezam edilmişdilər.

Yeni hakim Firdovsi Əliyev isə indiyədək Masallı Rayon Məhkəməsinin sədri idi. Bundan sonra isə Bakıda hakim kimi işləyəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!