Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nyu-York Şəhər Polis Departamenti Qrinçin həbsinə səbəb olan məlumat üçün 10.000 dollar mükafat təklif edib.
Tezadlar.az bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat veriblər.
NYPD-nin rəsmi açıqlamasına görə, Qrinçin uşaqların Milad ağaclarının altından oyuncaqlar və hədiyyələr oğurladığı görülüb.
“Əgər onun haqqında məlumatınız varsa, xahiş edirik bizə bildirin ki, Miladı təhlükəsiz saxlaya bilək. Bu Milad oğurluğu haqqında məlumat üçün 10.000 dollara qədər mükafat təklif olunur”, – deyə sosial media platformasında bildirilib.
Qeyd olunur ki, polis artıq Qrinçin balaca oğlan və qızlardan Milad ağaclarının altından oyuncaqlar və hədiyyələr oğurladığını görüb.
Xatırladaq ki, ABŞ prezidenti 24 dekabr Milad gecəsi Şaxta babanı izləyən uşaqların zənglərinə cavab olaraq “pis Şaxta baba”nın ölkəyə girməsinə icazə verməyəcəyinə söz vermişdi.
E.ŞİRİNOV