Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kiyevin lideri Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla Florida ştatındakı Mar-a-Laqo iqamətgahında görüşlər zamanı digər qonaqların riayət etdiyi sərt geyim qaydalarından bir daha imtina etdi.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski Trampın malikanəsinə qara köynək və blazerə bənzər qara pencək geyinərək gəlib. Kiyevin lideri fevral ayında ABŞ-a səfər edərkən də eyni geyimi geyinmişdi. Lakin bu dəfə Amerika lideri dövlət başçısının kameralar qarşısında görünməsinə diqqət çəkməyib.
İqamətgaha girməzdən əvvəl iki lider jurnalistlərlə qısaca söhbət edib. Zelenski Ukrayna üçün ərazi güzəştlərinin danışıqların mövzularından biri olacağını təsdiqləyib. O, həmçinin Trampla bir neçə sənədi müzakirə etmək niyyətində olduğunu bildirib.
E.ŞİRİNOV