Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin gücü Bakı sakinlərini sınağa çəkməyə çatır. Yolları dar olan Bakıda AYNA həmin yolları genişləndirmək əvəzinə, əksinə, daraldaraq özünə parklama, BUS-lama və velosipedləmə zolaqları yaradır. İndi Bakıda iki avtomobilin yanaşı hərəkəti çox təhlükəlidir. Çünki sürücü bilmir sağdan keçənə baxıb sürtünməsin, ya da soldan gedənə. Çünki zolaqlar çox daraldılıb.
İndi jurnalistlərin məkanı-evi kimi tanınan “Azərbaycan” nəşriyyatının qarşısı da AYNA-nın yeni iş yeri və qazanc mənbəyi oldu. Artıq Mətbuat prospektinin nəşriyyatın qarşısından keçən hissəsində də avtomobil saxlamaq mümkün deyil. Aylıq qazançı bəlkə də ancaq cüzi dolanışığa çatan jurnalistlər səhər saat 9-dan axşam saatlarınadək bu ərazidə avtomobil saxlasa, günə 6-7 manat pul ödəməlidi. Çünki AYNA-da düşüncə belədir. Bəs jurnalistlər iş yerinin qarşısında avtomobil saxlamalı deyil? AYNA-nın idarə binasının qarşısında və ya həyətində(hamısı Bakı torpağıdır) avtomobil saxlayan işçiləri pul ödəyirlər???
Hələ bir azdan hesabat verəcəklər ki, Mətbuat prospektində yeni iş yeri açılıb, 4 nəfər işə götürülüb…
A.Məmmədli