Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 Dekabr 2025 / 08:58

Ağ Ev: Tramp Putinlə Ukrayna ilə bağlı danışıb

Söhbət “müsbət” keçib

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında son telefon danışığı başa çatıb və “müsbət” keçib.

Tezadlar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolin Levitt açıqlayıb.

“Prezident Tramp Ukrayna ilə bağlı prezident Putinlə müsbət söhbət edib”, – Levitt yazıb.

29 dekabr günortadan sonra Rusiya prezidentinin mətbuat katibi Rusiya və ABŞ prezidentləri arasında yeni telefon danışığının “çox tezliklə” baş tutacağını açıqlayıb.

28 dekabrda Tramp Kiyevin lideri Vladimir Zelenski ilə Florida ştatının Mar-a-Laqo şəhərində görüşüb.

Bu görüşdən əvvəl Amerika lideri Rusiya prezidenti ilə telefon danışığı aparıb. Tramp Putinlə yaxşı və çox məhsuldar söhbət etdiyini bildirib.

Prezidentlər Avropa və Ukrayna tərəfindən müxtəlif bəhanələrlə təklif olunan münaqişənin həlli planlarının münaqişəni uzatdığı barədə ortaq fikirlərini təsdiqləyiblər.

Ağ Ev rəhbəri həmçinin Ukrayna münaqişəsinin həllini özü üçün ən çətin hesab etdiyini vurğulayıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!