30 Dekabr 2025 / 09:20

91 Ukrayna dronunun Putinin Novqorod yaxınlığındakı iqamətgahına hücumu dəf edilib

Hava hücumundan müdafiə qüvvələri Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına 91 Ukrayna dronu hücumunu dəf edib.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“28-29 dekabr tarixləri arasında Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə vasitələri Kiyev rejiminin Novqorod vilayətindəki prezident iqamətgahına 91 hücum pilotsuz uçuş aparatı ilə terror hücumunu dəf edib”, – nazirlik Telegram kanalında bildirib.

Bundan əlavə, hücumun dəf edilməsi zamanı Ukrayna Silahlı Qüvvələri Bryansk vilayəti üzərində 49 dronu da məhv edib. Novqorod vilayətinə doğru uçan bir Ukrayna PUA-sı Smolensk vilayəti üzərində vurulub.

Rusiya hərbçiləri həmçinin Novqorod vilayəti üzərində gecə və səhər 23 dronu da məhv ediblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!