Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

O, həmçinin Helsinkinin ABŞ-la münasibətlərində hazırda dəyişikliklərin müşahidə olunduğunu vurğulayıb
Finlandiya prezidenti Aleksandr Stubb Ukraynanın sülh müqaviləsi imzalayarkən güzəştə getməli olacağı barədə xəbərdarlıq etdi.
Tezadlar.az bildirir ki, “Yle”-nin məlumatına görə, o, bu açıqlamanı 1 yanvarda Yeni il müraciəti zamanı verib.
“Sülh əksər hallarda kompromisdir, ona görə də sülh müqaviləsinin bütün hissələri ədalət hissimizə uyğun gəlməyəcək”, – məlumatda deyilir.
Siyasətçi qeyd edib ki, Finlandiya ilə Rusiya arasında qarşılıqlı əlaqələr “əbədi olaraq dəyişib” və Ukraynanın suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələni edəcəyinə əminlik verib.
O, həmçinin vurğulayıb ki, hazırda Helsinkinin ABŞ-la münasibətlərində dəyişikliklər müşahidə olunur.
Daha əvvəl, Stubbun Yeni il müraciəti zamanı Ukraynada sülhün tezliklə bərqərar olacağını bəyan etdiyi bildirilirdi.
E.ŞİRİNOV