Rusiya ordusunun Xarkova raket hücumu ilə yaşayış binasına endirilən ballistik zərbədən sonra yaralıların sayı 30-a çatıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə Xarkov şəhər meri İqor Terexov “Telegram” kanalında məlumat paylaşıb. Şəhər rəhbərinin son açıqlamasına görə, Xarkovun Kiyev rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasına endirilən zərbə nəticəsində 30 nəfər yaralanıb. “Hazırda 30 yaralının olduğu məlumdur”, – deyə İqor Terexov bildirib.
Ukrayna ordusu da bu aqressiyanı cavabsız qoymayıb və Rusiyanın neft zavodlarına və hərbi bazalarına dron zərbələrini davam etdirib.
JASMİN







