Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gecə Rusiya qoşunları Ukraynanın Zaporojye vilayətinin 23 yaşayış məntəqəsinə 600-dən çox zərbə endirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla ixəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov bildirib.
“Son sutka ərzində Rusiya Zaporojye vilayətinin 23 yaşayış məntəqəsinə 605 zərbə endirib. Dinc sakinlər arasında xəsarət alan yoxdur”, – o, telegramda yazıb.
Administrasiya rəhbərinin sözlərinə görə, yaşayış evləri, avtomobillər və infrastruktur obyektlərinə dəymiş ziyanla bağlı 105 məlumat daxil olub.
Öz növbəsində Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kim bildirib ki, Rusiya qoşunları gecə kritik infrastruktura hücum ediblər. “Gecə saatlarında Rusiya “Shahed-131/136″ tipli PUA-larla vilayətin kritik infrastrukturuna kütləvi hücum həyata keçirib. Xəsarət alan yoxdur”, – o, telegramda yazıb. V.Kimin sözlərinə görə, hücum nəticəsində Nikolayev rayonunun bəzi yaşayış məntəqələrində elektrik enerjisi kəsilib. Enerjinin verilişinin bərpası istiqamətində iş aparılır.