2025-ci ilin yanvar-noyabr aylarında Şərqi Avropa ölkələrindən Azərbaycana 104,3 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur.
Tezadlar.az Dövlət Turizm Agentliyinin hesabatına əsasən xəbər verir ki, təkcə noyabr ayında qeyd edilən regiondan ölkəyə 9,2 mindən çox xarici vətəndaş səfər edib. Bu, 2024-cü ilin noyabr ayının göstəricisini 16,1 faiz üstələyir.
2025-ci ilin noyabr ayında Şərqi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 5 ölkə: Ukrayna, Belarus, Polşa, Macarıstan və Moldova.





