Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Yanvar 2026 / 08:00

ABŞ vətəndaşları İranı kütləvi tərk etməyə başladı

Artıq bir neçə gündür İranda etiraz aksiyaları genişlənməkdə davam edir, ölkə üzrə təhlükəsizlik tədbirləri gücləndirilir. Tezadlar.az CNN- ə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bəyanatda bildirilir ki, ölkənin müxtəlif bölgələrində yollar bağlanır, ictimai nəqliyyatın fəaliyyəti pozulub, internetə çıxışda genişmiqyaslı məhdudiyyətlər tətbiq olunur.

Qeyd olunur ki, aviaşirkətlər İrana və İrandan uçuşları məhdudlaşdırmaqda və ya tamamilə ləğv etməkdə davam edir. Bir sıra aviaşirkətlər uçuşları yanvarın 16-dək dayandırıb. Dövlət Departamenti İranda olan ABŞ vətəndaşlarını internet kəsintilərinin davam edəcəyinə hazır olmağa, alternativ rabitə vasitələrini əvvəlcədən planlaşdırmağa çağırıb. Təhlükəsizlik şəraiti imkan verdiyi halda, İranı quru yolu ilə Ermənistan və ya Türkiyə istiqamətində tərk etmək tövsiyə olunur.

Reuters və BBC-nin İrandan yayılan videogörüntülərində isə güc ctrukturlarının güllələdiyi yüzlərlə etirazçının meyitləri göstərilməkdədir. Tramp bu hərəkətlərə qarşı sərt tədbirlər görməyə hazırlaşır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!