Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Yanvar 2026 / 18:12

«AzCosmetics»in rəhbəri Kənan Zeynalovun ölkədən çıxışına “Stop” qoyuldu-Yaxud, “Öz cəzandır, çək Balaş”!

 Görəsən, Kəna Zeynalovun ətrafında bir ağsaqqal, qarasaqqal və yaxud bir hüquqşünas yoxdurmu desin ki, ay bala, başqalarına şər-böhtan atmaqdan əl çək, yoxsa axırda həbsə gedəcəksən…

 Görəsən, Kənan Zeynalov bu qədər məhkəmə qərarlarını saymamaqda kimə güvənir? Axı, daha hansı fakt, sübut, dəlil lazımdır ki, K.Zeynalov yol verdiyi qanunsuzluqları dərk eləsin? Bu adam özünə rəqib olan şirkəti vurub sıradan çıxarmaq üçün hər cür qanunsuzluğa gedir. Nəticədə nə baş verir? “Az Estetik” MMC qanuni fəaliyyətini davam etdirir, müştəriləri ilə normal münasibətdədir, amma K.Zeynalovun rəhbəri olduğu “Azcosmetics” artıq öz fəaliyyətini dayandırmaq üzrədir. Necə deyərlər, “getmişdi bığ dalınca, saqqalı da qoyub gəldi”. Özü cərimələrin içində, şirkət isə fəaliyyətini dayandırmaq üzrədir. Müştərilərə satdıqları keyfiyyətsiz və saxta avadanlıqlarının pulunu şirkətin hesabına yox, vergidən yayınmaq üçün şəxsi karta ödəmə etdirəndə axırı da belə olmalı idi. Daha bir məkəmənin qərarlarından bəzi məqamları təqdim edirəm, sonra söhbətimizə davam edərik.

***

Baki Şəhəri Yasamal Rayon Məhkəməsinin 11.09.2025-ci ildə hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi ilə keçirilən məhkəmə iclası da olduqca maraqlıdır. Ona görə  14.06.2024-cü il tarixdə ki, Bakı Kommersiya Məhkəməsində K.Zeynalovun aşağıda misal gətirdiyimiz qanunsuzluqları qeyd edilib və buna görə 1200 manat cərimələnib. Lakin K.Zeynalov bu cəriməni ödəməyib. Bu səbəbdən də 11.09.2025-ci ildə Yasamal Rayon Məhkəməsində qərarın icra olunmamasına görə yeni məhkəmə iclası keçirilib. Həmin məhkəmədə K.Zeynalovun qanunsuzluqları, yəni sosial şəbəkələrdə “Az Estetik” MMC barədə yaydığı video-çarxalrın silinməsi, həmin sosial platformada video-format şəklində təkzib verilməsi bir daha xatırladılıb. İstər Yootube kanalında, istərsə Tik-tok və instaqram səhifələrində Kənan Zeynalova həmin video-çarxların silinməsi öhdəliyi qoyulub. Təbii ki, K.Zeynalov Azərbaycan dövləti adından çıxarılan bu qərarlara yenə də arxa çevirərək, əməl etməyib. Bütün bunları “Az Estetik” MMC-nin işgüzar nüfuzuna vurulan zərbə kimi qəbul edən məhkəmə sonda belə bir qərara qəbul edib: “Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI:

“Azcosmetics” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati

Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin.

Hakim: Mirsadiq Seyidov”.

***

Növbəti bir məhkəmə qərarına nəzər salaq. Baki Kommersiya Məhkəməsinin 12.09.2025-ci il tarixdə hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə keçirilən iclasda çox maraqlı məqamlar üzə çıxıb. Belə ki, haqqında çıxarılan məhkəmə qərarlarını icra etmədiyi üçün K.Zeynalovun haqlı olaraq ölkədən çıxışına “stop” qoyulub. Həmin məhkəmə qərarından sitat: “İcraat materiallarına əsasən müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-977/2024 saylı, 14.06.2024-cü il tarixli icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə göndərilmiş və şöbənin icra məmuru Samirə Mahmudovanın 24.06.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. İcra Şöbəsi tərəfindən borcluya tələbin könüllü icrası haqqında bildiriş və icraata başlamaq haqqında qərar 24.06.2025-ci il tarixdə təqdim edilmiş, lakin borc məbləği könüllü icra üçün müəyyən edilmiş müddətdə icra edilməmişdir. İşin qeyd edilən hallarını, eyni zamanda icra sənədinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək tam icra olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır”

Sonda isə məhkəmə obyektiv olaraq belə qətnamə qəbul etmişdir: “ Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Təqdimat təmin edilsin. 12.04.1986-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 1055 məhəlləsi, ev 7, mənzil 206 ünvanında qeydiyyatda olan Zeynalov Kənan Famil oğlunun (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – 0TWGPV2, seriya və nömrəsi – AA0475314) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad qəbul edildikdən dərhal sonra qanuni qüvvəyə minir”.

Sədrlik edən: Pərviz Zamanlı”

***

İstəkli oxucular, fikir verirsinizmi, təqdim olunan məhkəmə qərarlarının hamısı K. Zeynalovun əleyhinədir. Amma nə yazılmış, nə də yazılmamış qanunların heç birini diqqətə alıb, K.Zeynalov peşiman olmaq və üzr diləmək istəmir. Peşiman olduğunu bildirmək və üzr istəmək insani duyğulardır. Görünür Kənan bəy bu duyğulardan da məhrumdur. Növbəti bir məhkəmə də K.Zeynalovu günahkar çıxarıb. Baki Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.11.2025-ci il tarixdə Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi ilə keçirilən Məhkəmə iclasının qərarından sitat: “Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi «AzCosmetics» MMC barəsində İXM-in 428.10-cu maddəsi ilə MN seriyalı 1531513 nömrəli, 22 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayeva 27 ünvanında yerləşən «AzCosmetics» MMC tərəfindən 20.10.2525-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində “lazer_servisi” səhifəsində “Azestetik Group” MMCnin satışını həyata keçirdiyi “A7” markalı epilyasiya cihazının adını çəkməklə və göstərməklə köhnə olması barədə reklam verilmişdir. Nəticədə «AzCosmetics» MMC tərəfindən İXM-in 428.10-cu maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi Bağırov Sadiq Məmmədkərim oğlu bildirmişdir ki, “AzEstetik Group” MMC-dən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə daxil olmuş müraciətdə “instagram” sosial şəbəkəsində “lazer_servisi” adlı səhifədə yayımlanmış reklamda “AzEstetik Group” MMC-yə məxsus “A7” markalı lazer epilyasiya cihazının köhnə nəsil bir avadanlıq olduğu, bu səbəbdən müasir “Sunlight” avadanlığı ilə barter təklifinin edildiyi qeyd edilmişdir. Məsələ ilə bağlı təqdim edilmiş məlumatlara əsasən Agentlik tərəfindən aparılmış araşdırma zamanı “AzEstetik Group” MMC tərəfindən “A7” markalı lazer epilyasiya cihazının idxalının və satışının həyata keçirildiyi, “lazer_servisi” adlı “instagram” səhifəsində yayımlanmış reklamda *’A7″ markalı lazer epilyasiya cihazının köhnə nəsil bir avadanlıq olması səbəbindən müasir “Sunlight” avadanlığı ilə barter təklifinin edildiyi faktı öz təsdiqini tapmış, sözügedən reklamın yayımının hazırkı tarixdə davam etdiyi və həmin reklamda “Azcosmetics” MMC-nin adının və loqosunun qeyd olunduğu müəyyən edilmişdir. Bununla əlaqədar reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə “Azcosmetics” MMC barəsində tərtib olunan inzibati xəta haqqında protokolu müdafiə edərək, məhkəmədən «Azcosmetics» MMCnun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs «AzCosmetics» MMC-nin direktoru Zeynalov Kənan Famil oğlu iş üzrə bildirmişdir ki, protokolda qeyd edildiyi kimi “pis” ifadəsindən deyil, “A7” markalı lazer cihazının “Sunlight” avadanlığına münasibətdə beş nəsil köhnə avadanlıq olması ilə bağlı öz iradını bildirmişdir. Protokolda göstərilən faktiki hallar və hüquqi qiymətləndirmə ilə razı deyil. Bu əsasla hüquqi şəxs barəsində tərtib olunmuş inzibati protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sübut qismində hesb edilən fləşkarta baxış zamanı MN seriyalı 1531513 nömrəli, 22 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda öz əksini tapan inzibati xətanın “AzCosmetics” MMC tərəfindən törədilməsi təsdiq olunur”.

Maraqlıdır ki, K.Zeynalovu məhkəməyə “Az Estetik” MMC yox, Dövlət Reklam Agentliyi verib. Çünki K.Zeynalovun “Az Estetik” MMC-yə nifrəti o qədər böyük olub ki, istənilən qanunu tapdalayıb üstündən keçməyə hazır olub və keçib də. Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, vergidən yayındığı üçün cərimə tətbiq olunub. İndi yenə də cərimələnib. Yuxarıda sitat gətirdiyimiz məhkəmə iclasının sonunda belə qərar qəbul edilib: “Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldi:

«AzCosmetics» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin… Hakim Xalidə Əlisoy”.

***

Daha bir məhkəmə qərarı da K.Zeynalovun qanunsuzluqlarına işıq salıb. Həmin məhkəmə qərarından da bəzi məqamları sizlərə təqdim edirəm. Baki Kommersiya Məhkəməsinin 13.11.2025-ci il tarixdə Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi ilə keçirilən iclasda İddiaçı “Az Estetik Group” MMC-nin cavabdeh “Azcosmetics” MMC-yə qarşı “öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi olmuşdur. Həmin məhkəmə mübahisəsindən sitat: “İddiaçı “Az Estetik Group” MMC (bundan sonra – iddiaçı) cavabdeh “Azcosmetics” MMC-yə (bundan sonra – cavabdeh) qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azcosmetics” MMC tərəfindən “Az Estetik Group” MMC-ə aid İnstagram sosial şəbəkə platformasında mövcud olmuş “azestetik.service”, “azestetikclub” və “qızılxett” adlı səhifələri barəsində həmin səhifələrin qeydiyyatdan keçirildiyi İnstagram platformasının sahibi olan Amerika Birləşmiş Ştatlarında yerləşən META Platforms İnc. şirkətinə (qısaca META) müəllif hüququnun pozulması əsası ilə edilmiş şikayətlər haqsız rəqabət hərəkətləri sayılmaqla qanunsuz hesab edilməsi, cavabdehə aid rəsmi https://www.az-cosmetics.az/ saytında, “azcosmetics_mmc” adlı İnstagram platformasındakı rəsmi səhifəsində, @azcosmeticsmmc (AzCosmeticsMMC) adl Tik-Tok platformasındakı rəsmi səhifələrində, həmçinin yazılı olaraq ayrıca “”azestetik.service”, “azestetikclub” və “qızılxett” adlı səhifələr barəsində META şirkətinə edilmiş şikayətlərin əsassız və həqiqətə uyğun olmayan olduğundan şikayətlərdə göstərilənlərin xüsusi paylaşımla video müraciət şəklində təkzib edilməsi və bu barədə üzürxahlıq edilməsi”, həmçinin həmin məzmunda iddiaçı şirkətə cavabdehin qanuni təmsilçisi tərəfindən məktub ünvanlanması (elektron və ya kağız daşıyıcıda) və qətnamə qanuni qüvvəyə mindikdən sonra hər üç səhifə barəsində edilmiş həmin şikayətlərin geri götürülməsi barədə qeyd olunan məzmunlu müvafiq dildə müraciət məktublarının cavabdeh tərəfindən META şirkətinə ünvanlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə də obyektiv araşdırmanın nəticəsində belə qətnamə qəbul etmişdir: “Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T  E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı “Az Estetik Group” MMC-yə aid İnstagram sosial şəbəkə platformasındakı “azestetik.service”, “azestetikclub” və “qızılxett” adlı səhifələr barəsində həmin səhifələrin qeydiyyatdan keçirildiyi İnstagram platformasının sahibi olan Amerika Birləşmiş Ştatlarında yerləşən META Platforms İnc. şirkətinə (qısaca META) edilmiş şikayətlərin geri götürülməsi öhdəliyi cavabdeh “Azcosmetics” MMC-yə həvalə edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdeh “Azcosmetics” MMC-dən tutularaq iddiaçı “Az Estetik Group” MMC-yə ödənilsin”.

Baxın, hər altı məhkəmə qərarının bəzi məqamları ilə sizləri tanış etdim. Bütün bu məhkəmə qərarlarından görünür ki, K.Zeynalov işini-gücünü atıb, ancaq “Az Estetik” MMC-nin işgüzar nüfuzuna zərbə vurmağa və vicdanla işləyən bu şirkətn imicinə ləkə salmağa cəhd edib. Başı bu “vacib” işlərə bərk qarışdığından özünün şirkəti yaddan çıxıb. Nəticədə də rəhbəri olduğu “Azcosmetics” MMC-i iflasa uğraylb. Atalar nahaqdan deməyib ki, ”insanın özü-özünə elədiyini külli-aləm yığışsa, eləyə bilməz”. K.Zeynalov da daxili xəbisliyinin, paxıllığının, gözügötürməzliyinin qurbanı olaraq şirkətini bankrot səviyyəsinə gətirib çıxardıb. Necə deyərlər, “öz cəzandır, çək Balaş”.

Bütün bunlarla tanışlıqdan sonra məndə belə bir sual yarandı. Görəsən, bu K.Zeynalovun ətrafında bir ağsaqqal, qarasaqqal və yaxud bir hüquqşünas yoxdurmu ki, belə desin: “Ay bala, ay Kənan bəy, işini-gücünü atıb, vaxtını “Az Estetik” MMC-ni ləkələməyə sərf etdin və heç nəyə də nail ola bilmədin. Öz şirkətin də ara yerdə batıb gedir. Bunlar hamısı, deyək ki, cəhənnəm olsun. Axı, haqqında sənin son bir ildə ən azı altı məhkəmə qərarı var. Bu qərarların hamısında sənin günahkar olduğun təsdiq edilib. Gah özün, gah da şirkətin məhkəmə qərarı ilə cərmələnib və bütün indiyə qədər “Az Estetik” MMC barədə yaydığın video-çarxların, məlumatların silinməsi, həmçinin videoformat şıklində təkzib edilməsi tələb edilib. Amma sən bu qərarların indiyə qədər heç birinə əməl etməmisən. Sən dövlətlə qoz-qoz oynayırsan? Artıq açıq görünür ki, sən tezliklə, yəni növbəti məhkəmələrin  birində qandallanıb “içəri” gedəcəksən. Sənə bu lazımdır? Ay bala, içindəki şeytandan xilas ol, o şirkətə qarşı şər-böhtanı, ləkələmə kampaniyasını bir kənara qoy və get dövlətin adından çıxarılmış məhkəmə qərarlarını icra elə. Ziyanın yarısından qayıtmaq da xeyirdir. Sonra gec olacaq. Çünki dövlət qanunları ilə belə oynamaq olmaz”.

***

Əgər K.Zeynalovun ətrafında olanlardan ona belə məsləhət versəydilər, bəlkə də məsələ şişib bu vəziyyətə çatmazdı. Bir vaxta ki, qohum-əqraba, ata-qardaş  arasında Kənan bəyə belə fikirlər bildirən yoxdur, onda mənim elə bu yazdıqlarımı bir ağsaqqal məsləhəti kimi qədul etsə, bəlkə də onu gözləyən həbs qərarından qurtula bilər. Artıq Kənan bəyin bütün yolları həbsə doğru gedir. İnanmaq istərdim ki, K.Zeynalov mənim ona xeyirli olan bu məsləhətlərimi eşidəcək və silkələnib, yuxudan ayılacaq. Onda başa düşəcək ki, bir müddət bir yerdə işlədiyi, birlikdə çörək yediyi insanlara qarşı öz daxilində olan sonsuz  kini-küdurəti, onu uçurumun kənarına gətirib çıxardıb.

Bilmirəm, Kənan bəy nəhayət, ağıl nümunəsi göstərib, uçurumun kənarından geri qayıdacaq, yoxsa…

Hazırladı və təqdim etdi: Elçin MƏMMƏDLİ                

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!