Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Yanvar 2026 / 11:51

BVF-nin İdarəedici Direktoru Georgieva Kiyevə gəldi

Beynəlxalq Valyuta Fondunun İdarəedici Direktoru Kristalina Georgieva yüksək səviyyəli danışıqlar üçün bu gün səhər Kiyevə gəlib. Tezdlar.az Reuters-ə istinadla bildirir ki, BVF rəhbəri səfəri zamanı Prezident  Zelenski, eləcə də Baş nazir Yulia Svyrydenko və Mərkəzi Bankın sədri Andrey  Pışnıy, həmçinin biznes liderləri ilə görüşəcək. Reuters qeyd edir ki, Georgievanın Ukraynaya səfərinin təfərrüatları təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən ciddi şəkildə qorunub saxlanılıb. Ukrayna ilə yaxın ailə əlaqələri olan BVF rəhbəri sonuncu dəfə ölkəyə 2023-cü ilin fevral ayında səfər edib. Georgievanın qardaşı ukraynalı bir qadınla evlidir və Rusiyanın işğalçı hücumu zamanı Xarkovda olub. Noyabr ayında Ukrayna və BVF büdcənin təsdiqlənməsi və donor maliyyələşdirmə zəmanətlərinin dəstəklənməsi də daxil olmaqla bir neçə tədbirdən asılı olan 4 illik, 8,2 milyard dollarlıq kredit proqramı üzrə ilkin razılığa gəliblər. BVF rəsmiləri Ukraynanın irəliləyiş əldə etdiyini və məsələnin BVF Direktorlar Şurası tərəfindən həftələr ərzində nəzərdən keçiriləcəyini gözləyirlər.

Tezadlar.az xatırladır ki, bu səfər Rusiya mediasında ciddi narahatlıq dolu müzakirələrlə müşaiyət edilməkdədir. Xüsusən də Solovyovun aparıcılığı olan müəllif proqramında.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!