Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp administrasiyasının Venesueladakı qısamüddətli məqsədi Rusiya, Çin, İran və Kuba da daxil olmaqla geosiyasi rəqiblərinə neft axınını dayandırmaqdır.
Tezadlar.az xəbər verir ki, CNN bu barədə mənbələrə istinadən məlumat yayıb.
“Tramp ABŞ-ın Venesuelada nefti “ələ keçirmək” niyyətində olduğunu açıq şəkildə bildirsə də, bir çox mənbə CNN-ə bildirib ki, əsl məqsəd Rusiya, Çin, İran və Kuba kimi ABŞ düşmənlərinə qaçaqmal neft axınını dayandırmaqdır”, – məlumatda deyilir.
Kanalın məlumatına görə, ABŞ administrasiyası hazırda Venesuelada saxlanılan neftin qısa müddətdə Venesuelada qalmasını təmin etməyi planlaşdırır.
Daha əvvəl Tramp Venesuela prezidentinin elçisi Delsi Rodrigez ilə əla və uzun bir telefon danışığı etdiyini bildirib. “O, gözəl insandır”, – deyə Amerika lideri qeyd edib.
E.ŞİRİNOV