Əsas məzmuna keç

Hava limanı şosesində iki gecə hərəkət məhdudlaşdırılacaq

bu erazide neqliyyatin hereketi muveqqeti mehdudlasdirilacaq

Yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri ilə əlaqədar noyabrın 20-də gecə saatlarında Hava limanı şosesindən metronun “Koroğlu” stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə-Əmircan döngəsi və “Komsomol” dairəsi ərazilərində, noyabrın 22-də isə gecə saatlarında metronun “Koroğlu” stansiyasından hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Tezadlar.az bildiri ki, AYNA-dan verilən xəbərə görə, məhdudiyyət səbəbindən noyabrın 20-si saat 00:00-dan 06:00-dək 6 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək.

– H1 saylı avtobuslar şəhər istiqamətində Zığ şosesi – 8 Noyabr prospekti – Afiyəddin Cəlilov küçəsi – Puşkin küçəsi ilə;

– 140 və 150 saylı avtobuslar Zığ şosesi – Gəncə prospekti – Qara Qarayev prospekti ilə,

– 163, 189 və M8 saylı avtobuslar Mübariz İbrahimov, Əsildar Məmmədəliyev, Asif Əsədullayev, Yavər Əliyev və Bəşir Bünyadov küçələri ilə hərəkət edəcək.

Noyabrın 22-si saat 00:00-dan 05:45-dək 6 marşrutun hərəkəti yenidən alternativ küçələrlə təşkil ediləcək.

– 140, 150 və H1 saylı avtobuslar Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmadəddin Nəsimi və Əli İsaqzadə küçələri ilə;

– 163, 189 və M8 saylı avtobuslar Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Asif Əsədullayev küçələri ilə hərəkət edəcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…