Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qətər, Oman və Səudiyyə Ərəbistanı ABŞ prezidenti Donald Trampı İrana hücum etməməyə və Tehrana “xoş niyyətlərini nümayiş etdirmək üçün şans” verməyə əmin etmək üçün əhəmiyyətli diplomatik səylər göstəriblər.
Tezadlar.az bildirir ki, bu barədə “Agence France-Presse” Səudiyyə rəsmisinə istinadən məlumat verib.
Mənbə qeyd edib ki, üç ərəb ölkəsi son anda Donald Trampı İrana “xoş niyyətlərini nümayiş etdirmək” üçün şans verməyə inandırmaq üçün “çıxılmaz bir cəhd” etmək qərarına gəliblər.
“Biz ABŞ-a İrana hücumun regionda bir sıra ciddi cavab zərbələrinə səbəb olacağını dedik.”, – agentliyin mənbəyi izah edib.
Rəsmi izah edib ki, “Tərəflər arasında kövrək etimadı gücləndirmək və müsbət münasibəti qorumaq üçün” bu məsələ ilə bağlı dialoq hələ də davam edir.
Agentliyin məlumatına görə, 15 yanvar tarixində Qətərdəki ABŞ hava bazasındakı təhlükə səviyyəsi aşağı salınıb və baza personalının obyektə qayıtmasına icazə verilib.
Daha əvvəl “The Wall Street Journal” qəzeti üç ərəb ölkəsinin Vaşinqtonu Yaxın Şərqdəki münaqişənin eskalasiyasının qlobal enerji bazarı üçün nəticələri barədə xəbərdar etdiyini bildirmişdi.
E.ŞİRİNOV