Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp “NBC News”-a verdiyi açıqlamada İranda “dünən çoxlu insan həyatını xilas etdik” deyib.
Lakin Amerika lideri İrana qarşı “tədbir görmək” qərarına gəlib-gəlmədiyini və ya hələ də vəziyyəti təhlil etdiyini açıqlamağı zəruri hesab etməyib.
Tezadlar.az xəbər verir ki, müxbirlər ABŞ prezidentinin açıqlamasının Tehranın etirazçıların öldürülməsini dayandırdığı və bəzi planlaşdırılan edamları dayandırdığı barədə açıqlamasına açıq-aşkar istinad olduğunu aydınlaşdırıblar.
Daha əvvəl Ağ Evin mətbuat katibi Kerolin Livitt Trampın İrandakı vəziyyəti “yerində” yaxından izləməyə davam etdiyini bildirib.
Onun sözlərinə görə, İran tərəfi 14 yanvarda”qətllər və edamların dayandırılacağını” açıq şəkildə bildirib. O, əlavə edib ki, ümumilikdə “800 insan həyatını xilas edib”.
E.ŞİRİNOV