Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Yanvar 2026 / 10:01

Hindistanın milli azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş beynəlxalq konfrans

Bu gün yanvarın 16-sı Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş “Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfrans keçirilir. Tezadlar.az  xəbər verir ki, konfransın işində Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də Zikh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dakı nüfuzlu nümayəndələri, həmçinin, beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edir. Tədbir Hindistan hökümətinin ziqh xalqına qarşı həyata keçirdiyi represiv tədbirləri, kütləvi qırğınları əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə işinə başlayıb. Bildirilib ki, 1980–1990-cı illərdə Pəncabda ziqh icmasının minlərlə üzvü öldürülmüş, oğurlanmış və ya qaçırılmış, eyni zamanda məhkəmə prosesi keçirilmədən qondarma ittihamlarla qətlə yetirilmişdir. Hazırda hüquqlarını tələb edən ziqh fəallar”separatizm” və ya “casusluq” ittihamı ilə həbs edilir, Pəncabda polis reydləri artmaqda davam edir. Xaricdə yaşayan ziqh fəallara qarşı terror aktları təşkil edilib ki, Kanada və ABŞ rəsmi qurumları bu terror aktlarının törədilməsində Hindistan xüsusi xidmət orqanlarını ittiham ediblər.

Konfransda müzakirə olunan əsas məsələlər Hindistan hökumətinin ziqhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, bu xüsusda Hindistan hökumətinin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulmasıdır.
Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması və BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, ziqhizm XV əsrdə yaranıb və öz doktrinasında kasta mənsubiyyətindən, cinsiyyətdən, və dilindən asılı olmayaraq, bütün insanlar arasında tam bərabərliyi təbliğ edir, bu səbəbdən də ənənəvi hindu kasta sistemini qəti şəkildə rədd edir. Hindistanda ziqh icmasının ümumi sayı təxminən 25 milyondan artıqdır. Ziqhlər əsasən, Hindistanın əsas kənd təsərrüfatı bölgəsi hesab edilən Pəncab ştatında məskunlaşıblar.

Ziqh icması Hindistan hökumətindən 1984-cü il antiqish qırğınlarının rəsmi olaraq soyqırımı kimi tanınmasını, yeni müstəqil istintaq komissiyasının yaradılmasını, soyqırımın təşkilatçılarının məhkəmə qarşısına çıxarılmasını və 1980-1990-cı illərdə Pəncabda minlərlə məcburi yoxa çıxmış şəxsin taleyinin aydınlaşdırılması və günahkarların cəzalandırılmasını, qanunsuz həbs edilmiş ziqh fəalların azadlığa buraxılması və onlara siyasi məhbus statusunun verilməsini tələb edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!