Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Yanvar 2026 / 16:03

Mənzilini kirayə vermək istəyirsən?-BƏS BUNLARI BİLİRDİNMİ?

Gəlin birbaşa mətləbə keçək: Mənzili kirayəyə vermək üçün tələb olunan sənədlər:
1. Mənzilin çıxarışı,
2. Mənzil sahibinin şəxsiyyət vəsiqəsinin surəti,
3. Ailəlidirsə nigah şəhadətnaməsinin surəti, nigah pozulubsa
bunu təsdiq edən şəhadatnamənin surəti,
4. Mənzildə qeydiyyatda olanlarla bağlı arayış,
5. Qeydiyyatda olanların razılığı (1 nəfər üçün 6 azn),
6. Kirayə götürən şəxsin şəxsiyyət vəsiqəsinin surəti,
7. VÖEN
8. Forma 1 (46. 40 azn)
9. Kirayə müqaviləsi (40. 65 azn)
10. Mənzilin sığortası (50 azn )
Cəmi: 137.05 azn
Mənzildə qeydiyyatda olan hər bir şəxsə görə 6 azn ödəmək lazım olduğunu nəzərə alsaq, bu məbləğin üzərinə orta hesabla 12 azn əlavə oluna bilər. Deməli bir şəxs mənzilini kirayəyə vermək üçün 149.05 Azn ödəməlidir.
Qanuna edilən dəyişikliyə görə bundan sonra kirayə müqaviləsi bağlayıb vergi ödəməyən fiziki şəxs vergi orqanı tərəfindən 200 azn cərimə olunacaq. Anlaşılan cəriməni 200 azn məbləğində təyin etməklə vətəndaşı seçim qarşısında qoyurlar, ya 149.05 azn ödəyib rəsmi müqavilə bağlamalısan ya da ki, 200 azn cərimə ödəməlisən.
Maraqlı məqam ondan ibarətdir ki, kirayə götürən bir aydan sonra mənzili tərk edərsə, kirayə verən yenidən bu sənədləri toplamalı və bu məbləği ödəməlidir, sığorta haqqı (50 azn) xaric. Çünki mənzillər bir illik sığortalanır. Qəbul etməliyik ki, Bakının ətraf rayonlarında kirayə müqavilələri uzunmüddətli olmur. Bu isə o deməkdir ki, vətəndaş mənzilini kirayə müqaviləsi bağlamadan kirayə verməkdə maraqlı olacaq. Bu isə rüşvətə yol açacaq.
Məlumat üçün deyim ki, qanunvericilikdə edilən dəyişikliyə görə 2026-cı ildən kirayə verən kirayəçidən aldığı məbləğin 10 faizini vergi kimi ödəyəcək. Əvvələr bu 14 faiziydi.
Nəzərə alsaq ki, kirayə müqaviləsi bağlanmadığı halda qeyd etmədiyim əlavə cərimələr də var.
Deməli məsələ bizim düşündüyümüzdən də qəliz və çətindir…
Mübariz HACILI
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!