Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Yanvar 2026 / 18:59

Ata iki övladını öldürüb intihar etdi

Türkiyədə ata iki övladını öldürərək, intihar edib.

Tezadlar.az yerli mediaya istinadla bildirir ki, hadisə Adana rayonunun Sarıçam qəsəbəsindəki bir villada qeydə alınıb.

34 yaşlı Sergen A. keçmiş arvadı G.A. evi tərk etdiyi üçün 6 yaşlı Mərd və 8 yaşlı Ada adlı iki övladını güllələyib. Bundan sonra eyni silahla özünə də atəş açaraq, intihar edib. Hadisə yerinə gələn polis əməkdaşları ata və övladlarının öldüklərini müəyyən edib.

Məlum olub ki, cütlük 2021-ci ildə rəsmən boşansa da, bir evdə yaşayıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!