Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Yanvar 2026 / 10:59

Vuçiç Avropada münaqişə barədə xəbərdarlıq etdi

Serbiya prezidenti Aleksandr Vuçiç Avropa Birliyində “əsas mübarizənin” 2027-ci ildə başlayacağını bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı o, 2027-ci ildə Avropa Birliyində münaqişənin başlayacağını bildirib. O, bunun Ukraynanın alyansa mümkün qoşulması ilə baş verəcəyinə inanır. Vuçiç həmçinin hesab edir ki, bu məsələnin müzakirəsi bəzi Avropa ölkələrindən həm əhəmiyyətli təzyiq, həm də müqavimət yaradacaq.

“Əsas mübarizə Ukraynanın 1 yanvar 2027-ci ildə Aİ-nin tamhüquqlu üzvü olub-olmayacağı ilə bağlı olacaq. Mövcud vəziyyətə əsasən, bunun baş verməsi üçün yalnız böyük təzyiq deyil, həm də birliyin bəzi üzvləri tərəfindən əhəmiyyətli müqavimət olacaq. Lakin bu, müəyyən mənada həm bizim, həm də bəzi digərlərinin taleyini müəyyən edir”, – deyə o bildirib.

Daha əvvəl ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Vuçiçi düzgün yolu seçməyə çağırıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!