Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Yanvar 2026 / 14:06

“Putin də, Zelenski də müharibənin başa çatmasını istəyir”

“Rusiya prezidenti Vladimir Putin də, Ukrayna prezidenti Volodimir Zelenski də müharibənin başa çatmasını istəyir”. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. Trampın sözlərinə görə, hazırda Moskvada ABŞ nümayəndələri ilə Vladimir Putin arasında görüş keçirilir: “Görək hadisələr necə inkişaf edəcək”, – deyə Tramp qeyd edib.

Bununla yanaşı, ABŞ prezidenti Davosda Volodimir Zelenski ilə “çox yaxşı görüş” keçirdiyini bildirib. Tramp vurğulayıb ki, həm Zelenski, həm də Putin “razılaşma əldə etmək” niyyətindədirlər və bildirib ki, Zelenski bunu bu gün görüş zamanı bir neçə dəfə təkrar edib. Trampın sözlərinə görə, əgər razılaşma əldə olunarsa, Avropa da ona qoşulacaq. Eyni zamanda, jurnalistin Birləşmiş Ərəb Əmirliklərində keçirilə biləcək görüşlə bağlı sualına cavab olaraq Tramp deyib: “Harada və nə vaxt görüşməyimizdən asılı olmayaraq, bu yaxşı olar. Əgər görüş olmazsa, onda heç nə baş verməyəcək”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!