Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna, Rusiya və ABŞ arasında irəliləyiş gözləntilərinə baxmayaraq, Əbu-Dabidə başlayan sülh danışıqları ərazi məsələləri ilə bağlı ciddi maneələrlə üzləşə bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə müasir Rusiya üzrə ekspert Mark Qaleotti “Sky News”-a verdiyi şərhdə bildirib.
Kral Birləşmiş Xidmətlər İnstitutunun beyin mərkəzinin professoru Qaleotti qeyd edib ki, danışıqlardakı əsas problem Kremlin Donbasın şərqinin qalan hissəsini Rusiyaya təhvil vermək tələbidir.
Onun sözlərinə görə, Vladimir Putin bu şərtdən imtina etmək niyyətində deyil və bunu məcburi “sülh üçün qiymət” kimi görür.
Kiyevin etməyəcəyi güzəştlər
Ekspert vurğulayıb ki, hazırda Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-ın təzyiqi altında belə belə bir güzəştə razılaşmağa hazır olduğuna dair heç bir əlamət yoxdur.
“Zelenskinin ruslara bu böyük güzəşti edə biləcəyinə və ya edəcəyinə dair heç bir əlamət yoxdur. Əsas problem də budur”, – Qaleotti qeyd edib.
Donald Trampın əksər məsələlərin artıq razılaşdırıldığına dair nikbin açıqlamalarına münasibət bildirən Qaleotti texniki və siyasi aspektlərin əhəmiyyətli bir hissəsinin həqiqətən həll edilə biləcəyini etiraf edib.
Lakin o, qalan məsələlərin 5-10%-nin fundamental olduğunu və danışıqların növbəti iki günü ərzində həll olunmayacağını təxmin edir.
Ərazi məsələləri
Dünən, Əbu-Dabidə danışıqlar başlamazdan əvvəl Putinin mətbuat katibi Peskov bildirib ki, Ukrayna Silahlı Qüvvələri müharibəyə son qoymaq üçün Donbası tərk etməlidir. Bu, sülh müqaviləsinin imzalanması üçün şərtlərdən biridir.
“Corriere della Sera” yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski tammiqyaslı müharibənin ən çətin seçimi ilə üzləşir: Donald Trampın Donbasda güzəştləri də əhatə edən hərbi əməliyyatlara son qoymaq planına razılaşmaq və ya müharibəni sona çatacağına dair aydın zəmanətlər olmadan davam etdirmək.
E.ŞİRİNOV