Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Yanvar 2026 / 18:59

Putin Zaporojyedə piyada ilə dolu “Ural-kabriolet”i döyüşə göndərib

Rusiya ordusu Ukrayna ilə döyüşə göndərməyə adam tapmır. Sübut: ruslar Ukraynanın Qulyaypol istiqamətində piyada ilə doldurulmuş, modifikasiya edilmiş “Ural-kabriolet” yük maşınını döyüşə göndərib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu bu texnika isə Ukraynanın 110-cu ayrıca mexanikləşdirilmiş briqada və 122-ci ayrıca Ərazi Müdafiə Briqadasının birgə fəaliyyəti nəticəsində məhv edilib. Rusların bu hücumçularının məhv edilməsi ilə bağlı məlumat 110-cu və 122-ci briqadaların mətbuat xidmətləri tərəfindən yayımlanıb. 122-ci briqadanın məlumatında deyilir: “5-ci batalyondan iki döyüşçü – on işğalçıya qarşı. Düşmən hücuma keçərək irəliləməyə və mövqeyimizi ələ keçirməyə çalışdı. Lakin iki müdafiəçi sərhədi inamla, soyuqqanlılıqla və qəhrəmancasına qorudu. Dəstək – FPV dronları və artilleriya gələnə qədər hücumu saxladılar. Həmlə dayandırıldı.”

“Militarnıy” portalının yazdığına görə, ruslar bu modifikasiya olunmuş yük maşınından istifadə edərək Zaporojye vilayətində Dobropolyə yaşayış məntəqəsi istiqamətində irəliləməyə cəhd ediblər. Bunun üçün maşından əsas kuzov və qapılar sökülüb, adi piyada hərbçilərin rahat tutunması üçün çərçivə quraşdırılıb. Həmçinin dronlara qarşı radioelektron mübarizə vasitələri də maşına yerləşdirilib.

Nəticədə onların hamısı məhv edilib. Bu o deməkdir ki, Rusiya ordusunda döyüşə göndərməyə adam tapılmır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!