Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Son danışıqların nəticəsi olaraq Ukrayna prezidenti Volodimir Zelenski sülh danışıqları çərçivəsində iki əsas məsələ olan ərazi mübahisələri və Zaporojye AES üzərində nəzarəti həll etmək üçün Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazırdır. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib. O, sülh prosesindəki ən həssas bu iki məsələnin hələ də həll olunmadığını vurğulayıb. “Prezident Putinlə görüşməyə və xüsusi olaraq bu məsələləri həll etmək üçün müzakirə etməyə hazırdır”, – Sibiqa bildirib.