28 Yanvar 2026 / 11:28

Gülay Nəzərova beynəlxalq hakatonda Azərbaycana qalibiyyət qazandırdı – BANM yenə öndədir

BANM tələbəsi beynəlxalq hakatonda Azərbaycanı təmsil edərək qalib olub.
Tezadlar.az   xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov məlumat verib. Rektor sosial media hesabındakı paylaşımda yazır:
“Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Gülay Nəzərova İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) tərəfindən təşkil olunan “CECECO Təmiz Enerji Hakatonu 2026” beynəlxalq müsabiqəsində II yeri tutub.
Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan olan 16–35 yaş arası gənclərin iştirak etdiyi hakatonda BANM tələbəsi fərdi şəkildə iştirak edərək Azərbaycandan yeganə qalib adını qazanıb.
Onun təqdim etdiyi “CleanAxis” adlı layihə süni intellekt əsaslı rəqəmsal mərkəz platformasının yaradılmasını nəzərdə tutur.
Qeyd edək ki, müsabiqənin əsas məqsədi təmiz enerji sahəsində rəqəmsal və məlumat əsaslı innovativ həllərin hazırlanması olub.Tələbəmizi ürəkdən təbrik edirik”.
Göründüyü kimi, BANM-nin tələbələrindən biri yenə də bu təhsil ocağına birincilik qazandırdı. Uğurlar.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!