Əsas məzmuna keç

BDU tələbələrinin müraciətini Məleykə Abbaszadə birbaşa nəzarətə götürdü və onlara təşəkkür etdi

Bakı Dövlət Universitetinin (BDU) rektoru Məleykə Abbaszadə tələbələrin sosial mediada təhsil müəssisəsinin C bloku ilə bağlı  müraciətini nəzarətə götürüb.

Tezadlar.az  xəbər verir ki,  bu barədə rektor  özünün sosial şəbəkə hesabında məlumat verib.

“Tələbələrin universitet həyatında daha fəal iştirak etməsi və qarşılaşdıqları problemləri açıq şəkildə diqqətimizə çatdırması mənim üçün vacibdir. Bu həftə tələbələrimiz sosial mediada C bloku ilə bağlı müraciət ediblər. Məsələni nəzarətə götürmüşəm. Bu məsələ ilə bağlı ayırdığım işçi qrupu əraziyə baxış keçirəcək və nəticələrə uyğun olaraq müvafiq işlərə başlayacaq. Məsələni diqqətimizə çatdıran tələbələrə təşəkkür edirəm.Bunun üçün həmkarlarımdan dürüst, peşəkar təhlil gözləyirəm. Problemi vaxtında görmək, onun haqqında açıq danışmaq və həlli üçün təklif vermək rəhbərlik məsuliyyətinin göstəricisidir”, – deyə o qeyd edib.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) C korpusunda təhsil alan tələbələr sosial şəbəkə vasitəsilə tədris prosesinə mane olan səs-küy problemi ilə bağlı universitetin rektoru  Məleykə Abbaszadədən kömək istəyiblər.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…