Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qonşu Gürcüstanın turizm gəlirləri 2026-cı ildə rekord səviyyəyə çatacaq.
Ölkədə 2025-ci ildə bu rəqəm 4,7 milyard dollar təşkil edib və bu il isə 5 milyard dolları keçəcəyi gözlənilir.
Tezadlar.az xəbər verir ki, Galt&Taggart investisiya şirkətinin analitiklərinin proqnozuna görə, Gürcüstanın 2026-cı ildə rekord turizm gəlirlərinə nail olacağı gözlənilir.
Ötən il ölkənin xarici səyahətçilərdən əldə etdiyi turizm gəlirləri təxminən 4,7 milyard dollar təşkil edib ki, bu da rekord göstəricidir. Bu il isə rekord qırıla bilər və gəlirlərin 5 milyard dollara çatacağı gözlənilir.
Qeyd edək ki, 2025-ci ildə Gürcüstanın turizm gəlirləri təxminən 6% artıb. Gürcüstan büdcəsinə ən böyük töhfə bu il 697,3 milyon dollar xərcləyən rusiyalı qonaqlardan gəlib.
JASMİN