Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin Rusiya ərazisi kimi hər hansı “tanınması” Moskvaya heç nə verməyəcək. Çünki bu əraziləri heç kim tanımayacaq və ən əsas məsələ odur ki, Ukrayna özü bunu tanımayacaq”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Polşa Baş naziri Donald Tuskla birgə mətbuat konfransında deyib.
Zelenski xatırladıb ki, Rusiya Donbası “rus torpağı” kimi tanımağı tələb edir, hətta başqa ölkələrin rəhbərlərindən biri belə bu addımı atsa, bu da onlara heç nə verməyəcək. O, Polşanın da buna getməyəcəyini diqqətə çatdırıb. Sitat: “Digər tərəfdən, Ukraynanın sənədləri imzalayan öz prezidenti var. Şükürlər olsun ki, başqa liderlər Ukrayna adından müvafiq mühüm sənədləri imzalamır”, – Zelenski qeyd edib.