Əsas məzmuna keç

Rusiyanın Ukraynanın işğal olunmuş ərazisini “tanıması” Moskvaya nə verəcək?

Kyiv (Ukraine), 21/03/2022.- A handout photo made available by the Ukrainian Presidential Press Service shows Ukrainian President Volodymyr Zelensky during a broadcast speech in Kyiv (Kiev), Ukraine, late 21 March 2022 (issued 22 March 2022), addressing the residents of Ukrainian cities on 'Drive the occupiers out, drive these slaves out'. (Rusia, Ucrania) EFE/EPA/UKRAINIAN PRESIDENTIAL PRESS SERVICE HANDOUT -- MANDATORY CREDIT: UKRAINIAN PRESIDENTIAL PRESS SERVICE -- HANDOUT EDITORIAL USE ONLY/NO SALES

“Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin Rusiya ərazisi kimi hər hansı “tanınması” Moskvaya heç nə verməyəcək. Çünki bu əraziləri heç kim tanımayacaq və ən əsas məsələ odur ki, Ukrayna özü bunu tanımayacaq”. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Polşa Baş naziri Donald Tuskla birgə mətbuat konfransında deyib.

Zelenski xatırladıb ki, Rusiya Donbası “rus torpağı” kimi tanımağı tələb edir, hətta başqa ölkələrin rəhbərlərindən biri belə bu addımı atsa, bu da onlara heç nə verməyəcək. O, Polşanın da buna getməyəcəyini diqqətə çatdırıb. Sitat:  “Digər tərəfdən, Ukraynanın sənədləri imzalayan öz prezidenti var. Şükürlər olsun ki, başqa liderlər Ukrayna adından müvafiq mühüm sənədləri imzalamır”, – Zelenski qeyd edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…