Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Binəqədi rayonunda yerləşən “İDRAK” liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb.
Tezadlar.az xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəz məsələ ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün saat 09:10 radələrində mərkəzə Binəqədi rayonu “İdrak” liseyindən çağırış qeydə alınıb.

Mərkəzdən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
“Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb. Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”.