6 Fevral 2026 / 12:45

Şagirdinin gülləsinə tuş gələn müəllimin hazırkı vəziyyəti açıqlanıb

Bu gün Binəqədi rayonunda yerləşən “İDRAK” liseyində şagird tərəfindən güllələnən müəllimin vəziyyəti açıqlanıb.

Tezadlar.az  xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəz məsələ ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün saat 09:10 radələrində mərkəzə Binəqədi rayonu “İdrak” liseyindən çağırış qeydə alınıb.

Mərkəzdən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

“Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb. Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!