1 Aprel 2026 / 10:38

Türkiyə millisi 24 il sonra dünya çempionatına vəsiqə qazana bildi

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final oyunları keçirilib. Tezadlar.az xəbər verir ki, Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olub. Matç “ay-ulduzlular”ın minimal hesablı qələbəsi ilə bitib – 0:1. Yeganə qolu 53-cü dəqiqədə Kerem Aktürkoğlu vurub. DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan Türkiyə D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq. Xatırladaq ki, Türkiyə millisi bundan əvvəl 2002-ci ildə dünya çempionatında iştirak etmiş və turnirin bürünc medallarına sahib olmuşdu.

Digər matçda isə İsveç Polşanı 3:2 hesabı ilə üstələyərək finalda iştirak hüququ əldə edib. Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!