Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Aprel 2026 / 14:45

Hacıqabula Bakıdan gedən “SES” əməkdaşlarının gözəllik salonlarında siçan-siçovul “ovu”…-FOTO-SOS

Bütün dünyada olduğu kimi, Azərbaycanda da dələduzluqla bağlı cinayət halları baş verir. Ölkə mediası müntəzəm olaraq ictimaiyyəti dələduzluq, fırıldaqçılıq halları ilə bağlı  cinayət faktları barədə məlumatlandırır, DİN və bir çox dövlət qurumları da vaxtaşırı müraciətlər edir və vətəndaşları aldanmamağa çağırır.

Son vaxtlar isə dələduzlar müxtəlif qurumların adından da fəaliyyətə başlayıblar. Onlar iaşə obyektlərinin sahiblərini müxtəlif qurumların adından aldadaraq  pullarını mənimsəyirlər. Bəzən zərərçəkmişlər baş verənlərlə bağlı zamanında aidiyyəti dövlət qurumlarına müraciət etmirlər və bu səbəbdən də dələduzlar daha da qol-qanad açır, cinayətkar fəaliyyətlərini genişləndirilər.

Tezadlar.az xəbər verir ki, Hacıqabul rayonundan redaksiyamıza daxil olan vətəndaş müraciətinə görə, ötən gün bir neçə şəxs rayon mərkəzində fəaliyyət göstərən iaşə obyektlərinə, gözəllik salonlarına gedib, özlərini Sanitariya-Epidemioloji Xidmətin əməkdaşları kimi təqdim edərək  işçiləri müqavilə (guya) imzalamağa məcbur edib və bunun müqabilində pul vəsaiti əldə ediblər. Və hazırda rayonda bu yöndə fəaliyyətlərini də davam etdirməkdədirlər.

Bizə göndərilən müqavilədə – blankda həmin xidmətin həqiqi ünvanı Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində – 28 May küçəsində yerləşir.

Onlar gözəllik salonlarını guya yoxlayır və  ilan, milçək kimi həşəratlarla, gəmiricilərlə mübarizə aparıb-aparılmamaları soruşulur, xidmət haqqı kimi 80 manat tələb olunur və bunun məcburi olduğu bildirilir. Məbləğlı razılaşmayan olduqda isə alverə başlanılır və 50 manata da “endirim” edilir. Hətta pulu əskik olanlara kart nömrəsi də verilir ki, “borc” həmin karta ödənilsin.

Müraciətdə bildirilir ki, bəzi şəxslərdən nağd şəkildə 80 manat pul alınıb. Hətta tələb edilən zaman çantalarından həmin “xidmət”in əvəzi olaraq bir butulka adı məlum olmayan zəhər də verilir ki, salon dərmanlansın. Onlar bildirib ki, buna görə 48 saat salon fəaliyyətini də dayandırmalıdır…

deleduz salon pecat

deleduz salon

Qəribəsi budur ki, Hacıqabul rayonunda fəaliyyət göstərən gözəllik salonlarına rayonun özündə deyil, Bakıda fəaliyyət göstərdiyi deyilən sanitariya xidməti adından “siçan-siçovul öldürənlər” gedir və onlar bu “xidmət müqaviləsini” öz xoşuna deyil, zorla həyata keçirirlər… Və guya salonda olan həmin həşəratların, yoluxucu xəstəliklərin, gəmiricilərin kökünü kəsirlər.

Baş verənlərlə bağlı belə bir sual doğur: Hacıqabul rayonunda fəaliyyət göstərən gözəllik salonuna Bakının Xəzər rayonunda yerləşən Sanitariya-Epidemioloji Xidmətin nə aidiyyatı var?

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Sualımıza cavab olaraq bildirildi ki, bu barədə onlara əvvəllər də müraciət edənlər olub, sahibkarlara təqdim edilən həmin müqavilə saxtadır və heç bir hüquqi əhəmiyyət daşımır.  Əlavə edilib ki, bununla bağlı Səhiyyə Nazirliyi də vətəndaşları xəbərdar etmək üçün press-reliz də paylaşıb.

Qeyd edək ki, həmin blankı təqdim edib pul alıb gedən kişi “əməkdaşın” telefon nömrəsi (077 7560595) ilə əlaqə saxlamağa çalışsaq da, ona edilmiş xəbərdarlıqdan duyuq düşərək telefon zəngimizə də cavab verməkdən yayındı.

Redaksiyamıza başqa bir zərərçəkmiş isə həmin şəxsin sosial şəbəkə hesabında olan fotosunu da göndərdi.

deleduz ses

Ümid edirik ki, hüquq – mühafizə orqanları rayonun canına daraşmış bu “həşəratları” – sənət saxtalaşdırması edərək vətəndaşların vəsaitini mənimsəyənləri aşkara çıxaracaq, daha çox insanın aldadılmasının qarşısını alacaq.

Tezadlar.az 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!