Qazaxıstan Respublikasının Manqistau vilayətinin İxtisaslaşdırılmış Rayonlararası Cinayət Məhkəməsi yetkinlik yaşına çatmayan İran vətəndaşını narkotik qaçaqmalçılığı və narkotik maddələrin qanunsuz əldə edilməsi, saxlanması və paylanması üçün daşınmasına görə 10 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə regional prokurorluq məlumat yayıb.
Məlumata görə, məhkəmə onun may ayında Qorqan-Aktau reysi ilə mədəsində bir kiloqramdan çox çəkidə 113 tiryək kapsulu daşıdığını müəyyən edib.
Dövlət ittihamı regional prokurorluq tərəfindən dəstəklənib. Hökm qüvvəyə minib.
qazaxıstanın gegional prokurorluğu xəbərdarlıq edib ki, qanunsuz narkotik ticarətində iştirak 5 ildən 20 ilə qədər ciddi cinayət cəzası nəzərdə tutur.
JASMİN







