Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 14:12

Ülviyyə İlyasova ölüm işinə görə məhkəmə zalında həbs olundu

Estetik  cərrah kimi fəaliyyət göstərən Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə proses keçirilib.
Hakim Aqil Musayevin sədrliyi ilə baş tutan iclasda müttəhimin barəsindəki həbs olmayan qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib və o məhkəmə zalında həbs olunub. Məhkəmənin növbəti iclası mayın 9-na təyin edilib.
Tezadlar.az  xatırladır ki,  ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Ülviyyə İlyasova qaynı arvadı Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib. S. Vəliyevanı əməliyyatdan sonra yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb. Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.
Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Birinci instansiya məhkəməsinin hökmü ilə Ü.İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il iki ay müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, dövlət ittihamçısının protesti qismən təmin edilərək hökm prosessual əsasla dəyişdirilib və Cinayət Prosessual Məcəlləsinin normaları təbliğ olunmaqla təqsirləndirilənə təyin olunmuş hökm qismən birləşdirilib. Ü.İlyasovaya təyin edilmiş cəza isə olduğu kimi saxlanılıb.
Əlavə edək ki,  bir müddət əvvəl tanınmış aktrisa Mila Əlibəyova da Ü. İlyasova barəsində hüquq-mühafizə orqanlarına və mətbuata şikayət edib. O, liposaksiya-piysovurma əməliyyatı zamanı İlyasovanın ona zərər vurduğunu bildirib.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!