9 Aprel 2026 / 13:09

Nəsimi rayonunda 72 kiloqram narkotik vasitə ələ keçdi

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.  Tezadla.az xəbər verir ki, tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 31 yaşlı Saleh Soltanovdan 14 kiloqram 240 qram tiryək və marixuana, 46 yaşlı Eldəniz Bağırovdan 17 kiloqram 350 qram marixuana, 200 ədəd metadon həbi, 22 yaşlı Nicat Hüseynov və onun tanışı 31 yaşlı Zeynalxan Süleymanovdan 18 kiloqram 620 qram marixuana, 43 yaşlı Rauf Ələsgərov və 28 yaşlı Baba Əzizovdan isə 22 kiloqram həşiş qətranı, tiryək, marixuana aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
RÖVŞANƏ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!