“Sığorta elə, amma sığorta hadisəsini də özün qarşılayacaqsan…”. Tanınmış ekspert Sahib Məmmədovun sosial media hesabındakı şərhi belə adlanır.
Görəsən niyə biz özümüzü sığortadan sığortalatmalıyıq? Axı bu qanuni xidmət bizi bəd hadisələrdən, yersiz sıxıntı və ziyandan sığortalamaq üçündür. Çünki hər il bu xidmətə icbari qaydada pul ödəməyə məhkumuq!
Beləliklə, Sahib Məmmədov yazır:
“Azərbaycanın sığorta sistemi təxminən bu prinsip əsasında fəaliyyət göstərir.
1-ci misal: Hər bir sürücü üçüncü şəxslərə vura biləcəyi zərərə görə özünü sığortalayır. Mənası budur ki, əgər mənin səhvim (günahım/təqsirim) nəticəsində üçüncü tərəfə ziyan dəysə onu sığorta şirkəti ödəyəcək. Bu mexanizm bəzi istisnalarla işləyir.
2-ci misal: 2011-ci ildə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanuna əsasən bütün işəgötürənlər işçilərini istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından icbari şəkildə sığortalamalıdır. Əks halda hüquqi və vəzifəli şəxslər cərimə olunur. Qanunun 16.2-ci maddəsində göstərilir ki: “Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi ilə bağlı itirilmiş aylıq əmək haqqı əvəzində faydalanan şəxsə verilən pul təzminatıdır”. Bu o deməkdir ki, bədbəxt hadisə və ya peşə xəstəliyi səbəbinə görə işçi müvəqqəti əmək qabiliyyətini itiririsə onun işləmədiyi dövr üçün ödənişi sığorta şirkəti ödəməlidir. Əgər sonradan əlavə müalicə və reablitasiya xərclərini də sığorta şirkəti çəkməlidir. Sonradan da əgər bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində işçi peşə əmək qabiliyyətini itirirsə və əlillik müəyyən edilirsə o zaman da ona itirdiyi peşə əmək qabiliyyətinin faizinə uyğun aylıq kompensasiya verilməlildir. Deməli qanun qalıb bir tərəfdə hansısa qayda qəbul edib yazıblar ki, əgər istehsalatda bədbəxt hadisə işəgötürənin günahından baş veribsə o zaman müvəqqəti əmək qabiliyyətini itirməsi dövründə ödənişi işəgötürən ödəməlidir. İşəgötürən əslində özünün gözlənilən səhvini/günahını sğıortalıyb. Yəni deyir ki, əgər mənim günahımdan işçinin sağlamlığına ziyan dəyəcəksə onu sığorta şirkəti ödəyəcək. Əgər işəgötürənin günahı olmasa heç istehsalatda bədbəxt hadisə də baş verməz, peşə xəstəliyi də. Əgər işçinin səhvindən belə bədəxt hadisə baş veribsə belə bu avtomatik işəgətürən üçün məsuliyyət yaradır (istisnalar qanunda nəzərdə tutulub. Misal, əgər işçi narkotik maddələrin təsiri alıtnda baş veribsə bu artıq sığorta hadisəsi sayılmayacaq). Hadisənin nəticələrindən asılı olaraq 3 növ məsuliyyət yarana bilər. Cinayət məsuliyyəti, inzibati məsuliyyət və maddi məsuliyyət. İstənilən halda işəgötürənin maddi məsuliyyəti var və buna görə o özünün məsuliyyətini sığortalayıb. Amma qanuna zidd olaraq sığorta şirkətləri də yenidən madddi məsuliyyəti işəgötürənin üzərinə qoyur. Deməli işçni bədəbəxt hadisə və peşə xəstəliləri hallarından sığortalamasan cərimə olunacaqsan (hüquqi şəxslər 5000 manat), sığortalasan da müvəqqəti əmək qabiliyətini itirməyə görə ödənişi də özün edəcəksən”.
Sitatın sonu!