Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Slovakiya Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin bloklamağa hazırdır.
Tezadlar.az Çexiyanın “České noviny” nəşrinə istinadən xəbər verir ki, bunu Slovakiyanın xarici və Avropa işləri naziri Yuray Blanar bildirib.
Onun sözlərinə görə, Bratislava “Drujba” neft kəmərinin fəaliyyətinin bərpasına dair zəmanət alana qədər bloklama qüvvədə qalacaq.
O, həmçinin qeyd edib ki, Slovakiya Ukraynaya indiyədək Macarıstan tərəfindən bloklanan 90 milyard avro məbləğində Aİ kreditinin ayrılmasına etiraz etməyəcək. Öz növbəsində, parlament seçkilərində qələbə qazanan Macarıstanın baş naziri postunu tutacaq “Tisa” partiyasının sədri Peter Madyar bu kreditin verilməsinin blokdan çıxarılmasına hazır olduğunu bəyan edib.
Xatırladaq ki, Rusiya neftinin “Drujba” neft kəməri ilə Macarıstan və Slovakiyaya tranziti yanvarın 27-də dayandırılıb.