Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünya necə idarə edilir? Güc kimdədir, o da şərtləri irəli sürür… Elə bu səbəbdən də ABŞ və İran nümayəndə heyətləri arasında birbaşa danışıqların aprelin 27-də İslamabadda keçirilməsi gözlənilir. Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb. Məlumatda deyilir ki, ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner əvvəlcə Pakistan vasitəçiləri ilə ayrı-ayrı görüşlər keçirəcək, bundan sonra İran tərəfi ilə üçtərəfli formatda görüşün təşkili müzakirə olunacaq. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi həftə sonu Pakistan tərəfi ilə məsləhətləşmələr aparacaq. Bundan sonra ABŞ-la birbaşa təmasların vaxtı və formatı dəqiqləşdirilə bilər.
Tramp isə tələsmir. Vaxt kiminin xeyrinə, kiminin ziyanına işləyir…
Səbuhi