Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Aprel 2026 / 17:12

“Gürcüstanla sərhədin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə etmişik”

“Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasının başa çatdırılması barədə razılıq əldə ediblər”. Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizəsi Qoşunlarının yaradılmasının ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Gürcüstanla sərhədin delimitasiyası məsələsi gündəliyə daxil edilib və Gürcüstan tərəfi ilə artıq müvafiq razılaşmalar əldə olunub.

Paşinyan qeyd edib ki, Azərbaycan və Gürcüstanla sərhədlərin delimitasiyası proseslərinin başa çatması faktiki olaraq Ermənistanın dövlət sərhədlərinin rəsmiləşdirilməsini yekunlaşdırmağa imkan verəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!