30 Aprel 2026 / 14:43

Dəfn üçün birdəfəlik müavinət təyinatı qaydası dəyişəcək

Mayın 1-dən dəfn üçün birdəfəlik müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq.

Tezadlar.az  xəbər verir ki, məsələ ilə bağlı müvafiq qərar 2026-cı il mayın 1-dən etibarən qüvvəyə minəcək.

Belə ki, mayın 1-dən dəfn üçün birdəfəlik müavinət ölümü dövlət qeydiyyatına alınmış şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və dəfnlə bağlı xərcləri çəkmiş şəxs barədə məlumatlar əsasında avtomatlaşdırılmış qaydada təyin olunacaq.

2026-cı il 1 may tarixindən əvvəl vəfat etmiş şəxsə görə dəfn üçün birdəfəlik müavinət sığortaedənin müraciəti əsasında ödənilir. Bu zaman müraciət müddəti məhdudlaşdırılmır və müavinət şəxs vəfat edən zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş məbləğdə onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxsə təyin edilir və ödənilir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!