Türkiyəli jurnalist Murat Ağırel ev dustaqlığında olmasına və ayağında elektron qolbaq daşımasına baxmayaraq, yenidən saxlanılıb. Eyni istintaq çərçivəsində siyasətçi Mustafa Sarıgülün oğlu Ömer Sarıgül və keçmiş həyat yoldaşı Aylin Kotil də saxlanılıblar. İş adamı Emir Sarıgül barəsində isə saxlanılma qərarı verilib.
Tezadlar.az xəbər verir ki, bu barədə jurnalist Şule Aydın sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, Murat Ağırel İstanbulun Vatan prospektində yerləşən Polis İdarəsinə aparılıb.
Jurnalist İsmail Saymaz isə Ağırelin Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını bildirib. Qeyd edək ki, Saymaz da “xalqı yanıldan məlumatları açıq şəkildə yaymaq” ittihamı ilə ev dustaqlığındadır. Eyni istintaq çərçivəsində “Sözcü” qəzetinin redaktoru Mustafa Balcı və jurnalist Şaban Sevinç də həbs olunublar.
İstanbul Baş Prokurorluğunun məlumatına görə, istintaq iki Almaniya vətəndaşının şikayəti əsasında başladılıb. Şikayətdə şirkətlər vasitəsilə çirkli pulların yuyulduğu, milyonlarla avro məbləğində pul köçürmələrinin həyata keçirildiyi və dövlət nüfuzundan istifadə etməklə 1 milyard avro məbləğində vəsaitin xaricə çıxarılmasının vəd edildiyi iddia olunur.
Prokurorluğun açıqlamasında şikayətçilərin Ağırelə təqdim etdikləri sənədlərin aidiyyəti şəxslərə ötürülməsindən sonra təhdid edildiklərini bildirdikləri qeyd olunub. Bu ifadələr əsas götürülərək Ağırel də daxil olmaqla altı nəfərin saxlanılması barədə göstəriş verilib.
Deputat toxunulmazlığı olan Mustafa Sarıgüllə bağlı iddiaların ayrıca araşdırılması üçün Ankara Baş Prokurorluğuna göndərildiyi bildirilib.
İstintaq çərçivəsində Mustafa Sarıgülün oğlu Ömer Sarıgül və onun keçmiş həyat yoldaşı Aylin Kotil də saxlanılıblar. Mustafa Sarıgülün digər oğlu, iş adamı Emir Sarıgül barəsində də saxlanılma qərarı verilib.
Qeyd edək ki, Aylin Kotil 1993-cü ildə Mustafa Sarıgüllə ailə qurub. Cütlük 2008-ci ildə boşanıb. Onların Ömer Sarıgül adlı oğulları var.
Emir Sarıgül isə türkiyəli müğənni Sibel Canla bağlı evlilik xəbərləri ilə gündəmə gəlib. Onların bir ay əvvəl nikah masasına əyləşəyi deyilirdi.

axşam.az